Bakıda Çin vətəndaşları arasında dava düşdü: Ölən var

Bölmə: Hadisə › ,
Tarix: 18:35 18.07.2023

Bakıda Çin Xalq Respublikasının vətəndaşı qətlə yetirilib. Hadisə Nizami rayonu, Keşlə qəsəbəsi ərazisində yerləşən yataqxanada qeydə alınıb.

 

Nizami rayon Prokurorluğundan verilən məlumata görə, 1983-cü il təvəllüdlü Yuan Tiangangla, həmyerlisi Pan Yuan Liang arasında mübahisə düşüb. Bu zaman Yuan Tiangang sonuncuya dəmir parçası ilə xəsarətlər yetirib. 1975-ci il təvəllüdlü Pan Yuan Liang aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü yəni qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda maddəsi ilə cinayət işi açılıb. Yuan Tiangang təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilib.