Çevik, Sürət, Əyləncə - TENNİS

Bölmə: İdman › ,
Tarix: 16:19 19.07.2023

Çevik, sürət və əyləncə. Bu hissləri yaşamaq istəyənlər üçün stolüstü tennis uyğun idman növü hesab edilir. Burada fiziki inkişafla yanaşı idmançının zehni də güclənir. Mütəxəsislər uşaqları stolüstü tennisə beş-altı yaşlarından yönləndirməyi tövsiyə edirlər. Artıq doqquz-on yaşdan etibarən beynəlxalq turnirlər başlayır. Son illərdə ölkəmizdə bu idman növünə maraq artıb. Məşq zallarına müraciət edənlərin əksəriyyəti uşaqlar və gənclərdir. Stolüstü Tennis Federasiyasının zalında hazırlıq keçən bu gənclər yaşıdları arasında keçirilən yerli və beynəlxalq yarışlarda uğur qazanmış tennisçilərdir.

 

Tennis üzrə qadınlardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Fərhad İsmayılov deyir, digər idmanlardan fərqli olaraq stolüstü tennisdə zədələnmə ehtimalı az olduğu üçün valideyinlər də uşaqlarını bu idmana yönəltməkdə maraqlıdır. Stolüstü tennisdə bir neçə yarış növləri var. Stolüstü tennisdə bir set 11 xala qədər olur. Əgər hesab 10/10 olarsa, hesab on ikiyə qədər artırılır. Rəqiblər bərabərə qaldıqda, setə iki xal əlavə edilir.


Burada məşq edən gənclərin hər biri peşəkar və uğurlu tennisçi olmaq və Azərbaycanı beynəlxalq arenalarda layiqincə təmsil etməkdir.

Qasım