20 İyul - Beynəlxalq Şahmat Günüdür

Bölmə: Hadisə › ,
Tarix: 19:07 20.07.2023

1924-cü ilin iyulun 20-də Fransanın paytaxtı Parisdə Dünya Şahmat Federasiyası(FİDE) təsis edilmişdir. 20 iyul 1966-cı ildən etibarən hər il Beynəlxalq Şahmat Günü qeyd edilir.

 

Şahmat — iki oyunçu arasında, taxta lövhə üzərində oynanılan əyləncəli və rəqabətli strateji oyundur. Oyun 8 sıra, eyni zamanda, 8 sütun olmaqla nizamla düzülmüş 64 ağ və qara kvadratdan ibarət lövhə üzərində oynanılır. Başlanğıcda hər bir oyunçu (onlardan biri ağ, digəri isə qara fiqurları) 16 daşı idarə edir: 1 şah,1 vəzir, 2 top, 2 at, 2 fil və 8 piyada. Burada məqsəd rəqibin şahını mat etməkdir. Əgər şah hücuma məruz qalıbsa və hərəkət edəcək yeri yoxdursa, mat olur.

Şahmatın mənşəyi mübahisəli mövzudur. Bir çox nəzəriyyələr bu oyunun başlanğıcını Hindistan, Çin və Asiya kimi ölkələrlə əlaqələndirir. Şahmatın populyarlığı onun bilik və güclə bağlı olmasından qaynaqalana bilər.

Tərkibində 181 şahmat federasiyası olan FİDE bugün bütün dünyada şahmat tədbir və yarışları təşkil edir. Bu günü dünya üzrə 605 milyon müntəzəm şahmatçının bir çoxu qeyd edir.

2012-ci ildə Yuqov sorğusu göstərdi ki, yetkin əhalinin 70%-i heyrətamiz dərəcədə şahmat oynayıb. Bu rəqəm ABŞ, Böyük Britaniya, Almaniya, Rusiya və Hindistan kimi müxtəlif ölkələrdə, demək olar ki, eyni səviyyədədir.

 

İnformator.az saytı olaraq Azərbaycanın bütün şahmatçılarını və şahmatla bağlı olan insanları peşə bayramları münasibətilə təbrik edirik.

 

Sayad Qoşnalıyeva