Futbol azarkeşlərinə irad var

Bölmə: İdman › ,
Tarix: 15:55 24.07.2023

Dolu tribunalar… Komandaların adı yazılmış şərflər… Müxtəlif dəstək şüuarları…

 

Bu mənzərəyə daha çox Avropa stadionlarında rast gəlinsə də, son dövrlərdə Azərbaycanda da azarkeş mədəniyyəti formalaşmağa başlayıb. Artıq bir sıra futbol klublarının azarkeş qrupları fəaliyyət göstərir. Onlar istənilən havada oyunun nəticəsindən asılı olmayaraq sevimli komandalarına dəstək verirlər. Bununla bərabər ölkəmizdə xarici komandaları dəstəkləyən fan klublar da var.

 

25 ildir “İnter” azarkeşi olan Kamran Sadıqov ölkəmizdə qrulan “İnter” klub Azərbaycanın üzvlərindən biridir. Onlar İtaliyadan uzaqda olsalar da sevimli komandalarını dəstəkləmək üçün hər oyunda bir yerə toplaşıb matçları izləyirlər.


Kamran Sadıqov deyir ki, Azərbaycanda azarkeşlər daha çox Avrokubok qarşılaşmalarında stadiona gəlirlər. Yerli çempionat oyunlarında isə futbolçular əsasən boş tribunalar önündə oynamaq məcburiyyətində qalırlar. Uzun illərdi futbol azarkeşi olan Kamranın sözlərinə görə, bunun əsas səbəbi ölkə çempionatının zəif olmasıdır. Müsahib deyir ki, “Qarabağ”ın son dövrlərdə Avropa meydanlarındakı mübarizəsi tribunaların dolmasına səbəb olur.


“Sabah” futbol klubunun kapitanı Elvin Camalovun isə azarkeşlərdən əsas istəyi yaxşı və pis günlərində futbolçuların yanında olmalarıdır.Sitat - “Çünki biz onları sevindirmək üçün meydana çıxırıq. Bizim əsas motivasiyamız onların bizi dəstəkləməsidir. Onlar tribunaları dolduranda birə beş məsuliyyətimiz artır”.
“Sabah”-ın Konqo əsilli futbolçusu Coy Lens Mikelsin də əsas arzusu azarkeşlərin daima onların yanında olmasıdır. Almaniya və Niderlanda futbol oynamış 28 yaşı yarımmüdafiəçi “Sabah” azarkeşlərini stadiona dəvət edir.


Futbol ən papulyar idman növlərindən biridir. Onun azarkeşləri öz çılğınlıqları ilə fərqlənirlər. Azərbaycanda tribunaların dolu olması üçün ilk növbədə futbolçular yaxşı oyun sərgiləməlidir. Yalnız klub səviyysəində deyil, milli komanda da qələbləri ilə xalqı stadionlara gəlməyə məcbur etməlidir.

Qasım