"Bəzən deyirlər ki, futbol 22 nəfərin 1 topun arxasınca qaçmağıdır" -Cəbrayıl Qəmbərov

Bölmə: İdman › ,
Tarix: 17:33 24.07.2023

Futbol bloqeri Cəbrayıl Qəmbərov Azərbaycanda futbolun vəziyyəti və bu idman növünün bilinməyən incəliklərini İnformator.az-labölüşüb. 

 

Futbolun bir idman növü kimi hansı xüsusiyyətlərini vurğulamaq önəmlidir?
Futbolun özünəməxsus, dərin detalları və öyrənilməli məqamları həddindən artıq çoxdur. Futbolun əsas hissəsi bizim onun görmədiyimiz hissəsidir. 10 il bundan öncəyə qədər daha çox informasiya jurnalistikasına fokuslanmış idman jurnalistikası bir növ yanaşmasını dəyişməyə çalışdı. Və analitik jurnalistikaya doğru addım atmağa başladı. Bunun səbəbi odur ki, jurnalistlər daha çox idmanın dəyərli elementlərinə varmaq istəyirlər və bu, öz təsəvvürünü kollektiv idman növlərində tapdı. Xüsusən də futbolda, çünki futbolun özünəməxsus, dərin detalları və öyrənilməli məqamları həddindən artıq çoxdur.

 

Futbol analitiki olmaq üçün şəxs nələr etməlidir?

Məncə, hər həftə bir neçə oyunu 90 dəqiqə izləmək analitiki olmaq üçün kifayət deyil. İnsanlar bu barədə yazılar oxumalıdırlar istər qlobaq səviyyədə, istər rus, türk və.s kontentlərdən nələrisə öyrənməlilər, izləməlidirlər, oxumalıdırlar. Müəyyən baza formalaşdıqdan sonra bu işlə məşğul olmaq olar. Məsuliyyət və ehtiyat ən vacib şərtlərdir, çünki fərd bir şey yazırsa, auditoriyanın fikrini cəlb edə bilir və auditoriyanın fikrinə təsir edə bilir. Analitik yazanlar futbol məşqçiləri ilə auditoriya arasında bir körpüdülər. Məsələn, məşqçilərin etmək istədiklərini ya istəmədiklərini auditoriyaya məhz analitika ilə məşğul olan şəxslər çatdırırlar. Analitik burada hər şeyi dəqiq araşdırmalıdır, necə deyərlər, yüz ölçüb bir biçməlidir. Maksimum dərəcədə obyektiv olmalıdırlar. Bəzən qərəzli yanaşma, bəzən diqqətsiz təhlil insanların həmin məşqçiyə qarşı fikrini dəyişə bilər. Məsuliyyətli və ehtiyatlı davranmaq mənim üçün analitikanın ən vacib, ən birinci şərtidir.

 

 

Futbol bloqunu yaradan zaman bu şəkildə təqdir olunacağını gözləyirdiniz?

Futbol bloqunu yaratdım, səhifənin ümumi konteksti olaraq daha çox taktiki yazılar bildirilir. Bu formada olan bloqlar digər ölkələrdə məsələn, Türkiyədə, Rusiyada mövcuddur. Amma Azərbaycanda bir o qədər də geniş vüsət almayıb. Buna görə də yerli auditoriyada marağa səbəb oldu. Bu qədər maraq gözləmirdim. Gördüm insanlar yazıları oxuduqca özləri də buna maraq göstərirlər, analiz etməyə çalışırlar.

 

Futbol 22 nəfərin bir topun arxasıyca qaçmaqdır düşünənlərə nə demək istərdiniz? 

Futbolun əsas hissəsi bizim onun görmədiyimiz hissəsidir. Doğru yanaşmadır. Bəzən deyirlər ki, futbol 22 nəfərin 1 topun arxasınca qaçmağıdır. Bu, absurd yanaşmadır. Bəlkə də 100 il bundan qabaq bu, belə idi. Amma bu gün futbol qlobal səviyyədə bir elm sahəsidir. Biz bununla ayaqlaşmalıyıq. Universitetlərdə futbol barədə ixtisaslar var. Futbol özündə bir neçə elmi ehtiva edir. Burada psixoloji, fiziololiji amillər var.

 

Azərbaycan futbola olan yanaşma barədə nə düşünürsünüz?

Avropada bu var: əvvəlcədən plan qurulur və plan üzərində işlənir. Bizim futbola yanaşmamız dəyişməlidir. Biz ona elm sahəsi kimi baxmalıyıq. Müəllimlər, məşqçilər yetişdirməliyik. Futbolçuluq təkcə istedadla bağlı deyil, istedad ola bilər, istedadın üzərində doğru işlənsə, həqiqətən, doğru istedaddan effekt alınacaq gələcəkdə. Tələbələrə bunu hansı səviyyədə tədris edirik, təhsil həmin tələbələrin gələcək kareyerasına necə təsir göstərəcək, məhz bu məsələlər aydınlaşdırılmalıdır.


Sayad Qoşnalıyeva