TƏHLÜKƏLİ ÇİMƏRLİKLƏR
Bölmə: Hadisə › ,Tarix: 12:21 10.08.2023
Boğulma xəbərlərin ard-arası kəsilmir. Bədbəxt hadisələr çimmək qadağan olunan ərazilərdə yaşanır. Şüvəlan qəsəbəsi Şimal Qres adlanan ərazi çimmək üçün təhlükəli hesab olunur. Həm relyef baxımından, həm də qayalıqlar var ərazidə. Bütün bunlara baxmayaraq yenə də çimənlərə rast gəlmək mümkündür. “Bura təhlükəli çimərliklər siyahısındadır. Nə əcəb bura gəlmisiniz?” sualına isə belə cavab verirlər: “Bura gəlmişik, amma burda adamlar var idi. Bilmədik bura təhlükəlidir. Adam olduğuna görə, biz bura gəldik”. Baxmayraq ki, bir neçə gün əvvəl elə bu ərazidə 20 yaşlı Musa Muradov atası ilə birgə dənizdə çimərkən boğulub. Ərazinin 500-600 metr sağ və solu axtarılsa da, nəticə yoxdur. Xilasedicilər deyir ki, bu ərazilər çimmək üçün yararsızdır. “Hər yer qayalıqdır, yamalardır, bataqlıqlardrı. Ona görə heç kimin bu ərazilərə, xilasedici olmayan ərazilərə gəlməkləri məsləhətli deyil. Burda aşağıgedən ərazilərin hamısı qayalardır. Bütün qayaların dibləri, hər yeri yamalardır. Bataqlıqlar var. Bir balaca külək oldu sualtı axınlar var”.
Maraqlısı odur ki, çimərliyin təhlükəli olması ilə bağlı ərazidə hər hansı xəbərdaredici nişan yoxdur. Ümumiyyətlə isə, Şüvəlanda "Şimal Qres"dən başqa, "Mil-Qaya" çimərliyi, Nardaranla Bilgəh arasında yerləşən "12-ci dalan" adlanan ərazi, Kürdəxanıda Ləhiş bağları, "Estekada" deyilən ərazi, Qaradağda "Mayak" çimərlikləri sakinlərin istifadəsi üçün təhlükəli hesab olunur.
Nərgiz