XƏZƏRİN BU YERİNDƏ 1 AYDA 9 NƏFƏR BOĞULUB

Bölmə: Hadisə › ,
Tarix: 21:29 11.08.2023

Son günlər boğulma halları həm də Lənkəranın Sütəmurdov kəndində nəzarətsiz ərazidə yaşanıb. Qəribədir ki, burada çimənlər ərazinin təhlükəli olduğunu bilmirlər. Bu ərazidə son bir ayda 9 nəfər batıb. Qeyri-çimərlik ərazilərində baş verən boğulma hallarında insanların həyatını xilas etmək mümkün olmur. Az yaşlılardan çimərliyə valideynsiz gələnlər çox təəsüflər olsun ki, daha çox mühafizə olunmayan ərazilərdə çimirlər. Hətta bu ərazidə xarici turistlər də çimir. Onların qadağan olunmuş ərazidən xəbərləri yoxdur. Belarus vətəndaşı Mariya Qulikova deyir ki, vətəndaşların daha çox olduğu yerlərdə çimə biləcəklərini düşünürlər. “Xəzər dənizi çox gözəldir. Sadəcə biz bilmirdik bura qadağan olnumuş ərazidir. Burda çimmək olmaz. Burda otel istirahət mərkəzləri varsa düşünürük ki, bu ərazidə çimə bilərik, yəqin bura təhlükəsizdir.Qadağan olunmuş ərazi olduğunu indi bildik”.

Sözügedən əraziyə “Çimmək Qadağandır” və “Təhlükəli Ərazi” nişanları yerləşdirilib, həmin hissə xüsisi lentlə haşiyələnib. FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinin məntəqəsi Lənkəranın Sütəmurdov kəndindən 3 km aralıdadır və nəzarətsiz çimərlik ərazisinə daxildir. Fövqəladə Hallar Nazirliyi əhalini qeyd olunan qaydalara riayət etməyə, çimərlik kimi nəzərdə tulmayan nəzarətsiz ərazilərdən istifadə etməməyə çağırır.