“ZƏHƏRLƏNMƏLƏRİN GÜNAHKARI SAHİBKARLARDIR”-İNFEKSİONİST MÜDİRLƏRİ GÜNAHLANDIRDI

Bölmə: Hadisə › ,
Tarix: 17:44 14.08.2023

Ötən günlərin statistikasına nəzər yetirsək, ölkə ərazisində kütləvi zəhərlənmə hallarına tez-tez rast gəlirik. Sözügedən hadisələrdən biri də, Hacıqabulda, istirahət mərkəzlərindən birində qeydə alınıb. Zərərçəkmiş şəxslər dərhal Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkim-infeksionist Mərdan Əliyev deyir ki, bu gün ən çox rastlaşılan zəhərlənmə növü bakterial zəhərlənmədir. “Ətraf mühit məhz bakteriyalardan ibarətdir. Qidalandığımız ət, süd, düyü və s. digər məhsullar, eyni zaman da bakteriyalar üçün də əlverişli qida mənbəyidir. Bakteriyalar əlverişli mühit axtarırlar ki, o qida mühitində çoxalsınlar. Qidalar əlverişli şəraitdə saxlanmadıqda, bakteriyalar çoxalır və qida zəhərli maddəyə çevrilir”. Həkim-infeksionistin sözlərinə görə, zəhərli qidalardan istifadə zamanı, orqanizm müxtəlif fəsadlarla üzləşir. “Qidaların saxlanılma müddəti 10 dərəcənin altında və 60 dərəcənin üstündə, bir neçə saat olmaqla davam edə bilər. Əksi, bakteriyalar üçün əlverişli mühitin yaranmasına səbəb olacaq. Biz qidanı otaq mühitində bir neçə saat saxlasaq, həmin qida zəhərli maddə ilə əvəzlənməyə başlayacaq” deyən Mərdan Əliyev elə buna görə də, qidanın saxlama mühitinin əhəmiyyətini qeyd edir. Bildirir ki, əyləncə mərkəzlərində kütləvi zəhərlənmələr də məhz səhlənkarlıq, diqqətsizlik ucbatından olur ki, bu zaman da məsuliyyət müdiriyyətin üzərinə düşür. “İşçilər bu yanlışlara, təcrübəsizlikdən yol verir. Çünki, onlar mütəxəssis olaraq mənim sadaladığım şəraitə, qaydalara bələd deyil. Burda günahı, əsasən müdiriyyətdə görürəm. Bu sadalananların hər birini işçilərinə bir-bir izah etmək, onları qayda-qanunla tanış etmək onların borcudur. Düşünürəm ki, dövlət bu cür hadisələrə məruz qalmış, restoran, əyləncə və istirahət mərkəzlərinə diqqəti artırmalıdır”.

 HƏCƏR ƏMİRASLANLI