QAZAXDAN ŞƏMKİRƏ İSTİRAHƏTƏ GEDƏN AİLƏNİN FACİƏLİ SONU
Bölmə: Hadisə › ,Tarix: 22:09 14.08.2023
Son günlərin ən çox yayılan boğulma hadisələrinin ən dəhşətlisi Şəmkirdə yaşanıb. Ana və iki oğlu faciəli şəkildə Kürdə bataraq ölüb. Qazax rayonunun Canalı kəndində yaşayan Kərimovlar ailəsi istirahət üçün Kür çayının Şəmkir rayon Dəllər Cırdaxan kəndindən keçən hissəsindəki gölə gediblər. Bədbəxt hadisə 15 yaşlı Akşin Kərimov çayda çimən zaman baş verib. Belə ki, ailənin kiçik övladı - Akşin çayda çimərkən qəflətən batmağa başlayıb. Bu zaman Akşinin anası 38 yaşlı Günay Kərimova oğlunu xilas etmək üçün özünü çaya atıb. Anası və qardaşının boğulduğunu görən 20 yaşlı Nurlan Kərimov da onları xilas etmək üçün çaya girib. Ancaq hər üç şəxs çayda boğulub. Hadisə vaxtı Günay Kərimovanın bacısının həyat yoldaşı Eldəniz Cəfərov onları xilas etməyə cəhd göstərib. Eldəniz son anda xilas olaraq çaydan çıxa bilib. “Atasının yanında balıq tuturdu. Bizim yanımıza gəldi. Uşaqlar yanıma tez gəlib çatsaydı, çıxarmışdım. Çıxardırdım onda şokda deyildim. Qızı suyun üzündə görəndən sonra şoka düşdüm. Onlar tullanandan sonra şoka düşdüm. Ətrafda da heç kim yox idi. Bir mənim ailəm idi, bir də onlar idi”.
Ana və oğlanları yaşadıqları Canalı kənd qəbiristanlığında torpağa tapşırıblar. Faktla bağlı araşdırmalar davam etdirilir.