MOPEDLƏRİN TƏHLÜKƏLİ TƏRƏFLƏRİ- EKSPERT DETALLARI AÇIQLAYIR

Bölmə: Hadisə › ,
Tarix: 15:00 17.08.2023

   Şəhər tıxaclarından qurtulmaq üçün moped, motosiklet, skuter istifadə etmək əsl fürsətdir. İş adamları, gənclər daha çox bu nəqliyyat vasitəsinə üstünlük verirlər. Təhlükəli olması ilə yanaşı müsbət cəhətləri də var ki, yanacaq xərclərinə qənaət edilir, parkinq, tixac problemi olmadan şəhəri daha sürətli gəzə bilirlər. Ən təhlükəli tərəfi kəmərdən istifadə edilməməsi, ən cuzi bir toxunuşda qəza törədib, sürücünün müdafiəsiz qalması, hətta həyatından olmasıdır. Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərovun sözlərinə görə, mopedlərə tətbiq edilən yeni qaydalar məhz təhlükənin qarşısını almaq üçündür. Ekspert deyir ki, mopedin sürəti saatda 50 km-dən artıqdırsa, Dövlət Yol Polisi tərəfindən qeydiyyatdan keçərək, müvafiq sənəd almalıdır”.

   Ekspert moped sürücülərinin Dövlət Yol Polisi və sığorta problemi yaratmalarına da toxunur. “Səbəb mopedlərin qəza zamanı sığortası olmadığından qarşı tərəfə dəyən ziyanın ödəməməsi, qeydiyyatdan keçmək isttəməməsi, dövlət nömrə nişanı və moped sürücüsünün sürücülük vəsiqəsi olmamasıdır”. Eldəniz Cəfərov moped sürücülərinə tövsiyə edir ki, avtomobil yolunun sağı ilə hərəkət etsinlər, gecə vaxtı bu vasitədən istifadə edərkən ön və arxa hissəsindəki işıqları, fənərləri yandırsınlar, mütləq dəbilqədən istifadə etsinlər. Bu qaydalara əməl etdikləri müddətcə, qəzaların sayı da azalacaq.

ÇİNARƏ MURADOVA