Sumqayıtda yeniyetmə anasını və qardaşını bıçaqladı

Bölmə: Hadisə › ,
Tarix: 22:27 21.08.2023

Sumqayitda qətl hadisəsi yaşanıb. Yeniyetmə anasını və azyaşlı qardaşını bıçaqlayıb. Anası dünyasını dəyişib. 



Bədbəxt hadisə Sumqayıtın Corat qəsəbəsi, 17 ünvanında baş verib. 17 yaşlı Əlfiqar Zülfüqarov 36 yaşlı anası Günay Zülfüqarovanı 14 bıçaq zərbəsi ilə qətlə yetirib. Daha sonra isə özündən yaşca kiçik qardaşına 3 bıçaq zərbəsi endiarərək, ona da ağır zərbələr yetirib. Yaralanan 11 yaşlı Hüseyn Zülfüqarlı dərhal Sumqayıt Uşaq Xəstəxanasının Cərrahiyə Şöbəsinə yerləşdirilib.

 

Sözügedən xəstəxananın həkimi Elnur İsgəndərov onun vəziyyət ilə bağlı məlumat verib: "Şəxs 00:45 radələrində təcili tibbi yardımla xəstəxanaya daxil olub. O, travmatik şok, döş qəfəsinin kəsilmiş-deşilmiş yarası ilə daxil olub. Müainə zamanı sağ tərəfli pnematioraks, ağciyərin cırılması diaqnozu qoyulub. Təcili olaraq cərrahi əməliyyta götürülüb və əməliyyat olunub. Daha sonra reanimasiya şöbəsinə yerləşdirilib, müalicəsi davam etdirilir. Vəziyyəti ağır-stabil olaraq qalır".

 

Şahidlərin sözlərinə görə, ana və oğulları arasında heç vaxt münaqişə yaşanmayıb. Odur ki, təfərrüatları məlum olmasa da, qətli Əlfiqarın törətməsinə heç kim inanmır. Qohum olduğunu bildirən şəxs də hadisəni onun törətməsinə təəccüblənin: "Elə uşaq deyildi. Bir həyalı uşaqdır. Mənim uşağımla dostdur. Gəlirdi çay qoyurdum, utana-utana içirdi. Ümumiyyətlə, yaxşı ailə kimi tanımışıq onları".

 

Hadisədən sonra əraziyə polis əməkdaşları cəlb olunub. 17 yaşlı Əlfiqar Zülfüqarov tutularaq istintaqa təqdim edilib.

 

Baş Prokururluğun Mətbuat Xidmətinin prokuroru Əbdülsəməd Əzizli bildirib ki, avqustun 21-i saat 00:03 radələrində Sumqayıt şəhəri Corat qəsəbəsində 1986-cı il təvəllüdlü Günay Zülfüqarovanı kəsilmiş, deşilmiş xəsarətlərdən ölməsi, azyaşlı oğlunun isə xəsarət alması barədə məlumat daxil olub: "Araşdırmalarla yetkinlik yaşına çatmayan Əlfiqar Zülfüqarlının aralarında yaranmış mübahisə zamanı kəsici alətlə xəsarətlər yetirərək anası Günay Zülfüqarovanı qəsdən öldürməsinə və azyaşlı qardaşına xəsarətlər yetirməklə öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. Əlfiqar Zülfüqarlı cinayət məcəlləsinin müvafiq maddələri ilə şübhəli şəxs qismində tutulub".

 

Hazırda istintaq tədbirləri davam edir. Faktla bağlı təfərrüatlar barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

 

Zeynəb