Piyada gəzməyin faydaları - SİYAHI

Tarix: 14:57 24.08.2023
İctimai nəqliyyat, sıx iş rejimi və başqa səbəblər insanı tənbəlləşdirir, halbuki piyada gəzmək, hərəkət etmək bizi bir çox xəstəliklərdən xilas edir.
Həkimlərin fikrinə görə, hərəkətsizlik müasir insanların ən böyük bəlasıdır. Məhz hərəkətsizlik (hipodinamiya) bir çox xəstəliklərin inkişafına təkan verir.
İnformator.az piyada gəzməyin əsas faydalarını təqdim edir:
1. Piylənmənin qarşısını alır, yağları yandırır.
2. Əzələləri gücləndirir.
3. Həzmi asanlaşdırır.
4. Stressi azaldır, gərginlikdən uzaqlaşmağa kömək edir.
5. İştaha nəzarəti təmin edir.
6. İnsult, xərçəng riskini azaldır.
7. Orqanizmi gümrah saxlayır.
8. Beynin fəaliyyətini artırır.
Qeyd edək ki, 1000-dən çox maraqlı ixtirası ilə gələcəyi dəyişən məşhur serb ixtiraçı Nikola Tesla sağlığında gündə orta hesabla 15 km piyada gəzirmiş. O, bunun beyinə, yaradıcılığa çox faydalı olduğunu düşünürdü.
Bacardığımız qədər hərəkətdə olaq, yarana biləcək xəstəliklərimizin qarşısını alaq!!
Nigar Xəlilzadə