Sərnişin təyyarələri hacklənə bilən ən asan texnikadır

Bölmə: Hadisə › ,
Tarix: 15:45 25.08.2023

  Vaqner özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin təyyarə qazasında ölməsi qəza ilə bağlı bir çox iddianın ortaya atılmasına səbəb olub. İlkin versiyada təyyarənin hava hücumundan müdafiə sistemləri ilə vurulduğunu deyir. Lakin təyyarənin vurulduğu ana aid heç bir görüntünün olmaması yeni iddialara yol açıb.

  Dünyada indiyədək səbəbi tam bəlli olmayan bir çox təyyarə qəzaları baş verib. Qəza zamanı mediada paylaşılan səbəblərdə müxtəlif iddialar səsləndirilir. Lakin bunlar arasında ən az irəli sürüləni təyyarə sistemlərinin hacklenməsidir. Belə ki, hazırda istifadədə olan texnikaların böyük əksəriyyəti, gps, onlayn əlaqə və bəzi əlavə funksiyalara sahib sistemlərə malikdir. Bu sistemlər texnikaların peyklər vasitəsilə uzaqdan rahatlıqla hacklenə bilməsinə bir növ köməklik edir. Hətta Birləşmiş Ştatların haker və təhlükəsizlik eksperti Kris Roberts sərnişin təyyarələrini hacklədiyini etiraf edib. O,   2011-2014-cü illər arasında hava yolu sisteminə 15-20 dəfə daxil olduğunu bildirib. Qeyd edib ki sistemə daxil olarkən, təyyarələrin qalxma məsafəsini dəyişdirmək, eləcə də yol xəritəsini pozmaq mümkündür. Ekspertlərin fikrincə, sərnişin təyyarələri hazırda hacklənə bilən ən asan texnikalardandır. Ekspert Murat Şişmanın sözlərinə görə, hazırda sistemi ən rahat hacklənə bilən texnikalar sərnişin təyyarələridir. “Hətta sadə vətəndaşların belə bəzən bu texnikaların sistemini sındıraraq içərisinə girə bildiyinin şahidi olmuşuq. Sərnişin təyyarələrinin daxili uçuş sistemlərinin xüsusi bir qoruması yoxdur. Belə qorumalar daha çox hərbi və qırıcı təyyarələrdə mövcuddur. Lakin onları belə hacləmək olur. Sadəcə uzun bir müddət üzərində işləmək lazımdır”.

  Məhz bu məqam əsas səbəbi bilinməyən bəzi təyyarə qəzalarının uzaqdan hacklərək baş verdiyinə dair ortaya atılan iddiaların əsassız olmadığını göstərir. Hətta buna aid bir çox faktlar da mövcuddur. Belə ki, 2007-ci ildə Türkiyənin İsparta bölgəsində səbəbi bilinməyən təyyarə qəzası baş verib. Qəza zamanı təyyarədə Türkiyənin bir çox alimi olub. Həmin alimlərdən biri - professor Engin Arık qəzadan qısa müddət əvvəl jurnalistlərə verdiyi müsahibədə Türkiyənin böyük torium mədənlərinə sahib olduğunu və komandasının bu maddə üzərində işlədiyini bildirib. Onun sözlərinə görə, üzərində işlədiyi elmi tədqiqatları uğurla tamamlanarsa Türkiyə torium maddəsinin köməyi ilə böyük nüvə dövlətinə çevrilə bilər.

  Lakin bu açıqlamadan sonra naməlum təyyarə qəzasında Engin Arık və böyük elmi tədqiqatçılardan ibarət komandası vəfat edib. Türkiyə mediası illərdir qəzanın təxribat olduğunu və alimlərin sui-qəsdin nəticədə öldüyünü yazıb. Maraqlıdır, belə bir texnologiyanın olduğunu hələ Isparta qəzası baş vermədən illər öncə, məşhur "Kurtlar Vadisi" serialında belə göstərilib. Sözegedən serialda bu cür təxribat növünün səhnələşdirilməsi, əslində bu texnologiyanın daha öncə tətbiq olunduğunu deməyəsə əsas verir.

 CAVİD