ARUTYUNYANIN XANKƏNDİDƏKİ OFİSİNƏ SİLAHLI HÜCUM OLDU

Bölmə: Hadisə › ,
Tarix: 22:05 28.08.2023

   Erməni separatçıların rəhbəri Araik Arutyunyanın Xankəndidəki ofisinə silahlı hücum edib. Hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb. Videoda hücum edən şəxslər Xankəndidə qondarma rejimin inzibati binasına bir neçə dəfə atəş açıblar. Hücum nəticəsində ölən və yaralananların olması barədə dəqiq məlumat yoxdur. Daha əvvəl də Xankəndidə qondarma rejimə qarşı müxtəlif formalarda etirazlar mövcud idi. Görünən odur ki, artıq vəziyyət daha da kəskinləşib, etirazlar silahlı xarakter almağa başlayıb.