FHN: YANĞINA QAZ SIZMASI SƏBƏB OLUB

Bölmə: Hadisə › ,
Tarix: 22:08 28.08.2023

  Paytaxtın Yasamal rayonu ərazisində yerləşən fərdi yaşayış evində yanğın olub. Partlayışla nəticələnən yanğın zamanı yaralananlar da olub.

  Hadisə Yasamal rayonu, Abdulla Şaiq 212 ünvanında baş verib. Nəticədə 60 kvadratmetrlik evin iki otağının yanar konstruksiyaları, 30 kvadratmetrlk ümumi girişin tavan və dam örtüyü yanıb. FHN-nin Dövlət Yanğından mühafiə xidmətinin əməliyyat növbətçisi İlqar Nəsibov partlayışın təsirindən otağın arakəsmə divarının uçduğunu bildirib. “Qaz sızması nəticəsində partlayış olub. Yanğın nəticəsində ümumi yanğının sahəsi 90 kvadratdır. Ətrafda gördüyünüz evlərin hamısı mühafizə olunub. Yanğınsöndürənlərin şücaiəti nəticəsində yanğın tamamilə söndürülüb. Hal-hazırda söküntü işləri davam edir”.

 Yanğında zərəçəkənlər Növrəstə Süleymanova hadisənin tikinti şirkətinin əməkdaşlarının əraziyə baxış keçirmək istədiyi zaman baş verdiyini bildirib. “Bizlə übəüz mənzil idi. Söküntü şirkəti gəldi. Biz də söküntü şirkəti ilə söhbət edirdik. Qapının ağzında elə içəridə. Nə qədər elədilər aça bilmədilər. Partlayış olanda mən evə atıldım. Evim hamısı yanıb. Iki nəfər torpağın altında qalmışdı. Partlayış olmamış oğlum ikisini də çıxartdı”.

  Ümumilikdə hadisə zamanı 3 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Onlardan ikisinin vəziyyəti ağır olduğundan təcili yardım maşını vasitəsilə xəstəxanaya yerləşdirilib. TƏBİB-in departament rəhbəri Zamirə Ədilova bildirib ki, 1955-ci il təvəllüdlü Qurbanov Rafael sağ qulaq seyvanının cırılmış yarası, sağ bazunun çıxığı diaqnozu ilə TƏBİB-in tabeleyindəki Klinik Tibbi Mərkəzə, 1995-ci il təvəllüdlü Novruzlu sahib tüstüdən zəhərlənmə ilə Taksoloji mərkəzə hospitalizasiya olunub. 1-ci dərəcəli termiki yanığı ilə müraciət alan 1959-cu il təvəllüdlü Süleymanova Növrəstəyə isə evində tibbi yardım göstərilib.

  Faktla bağlı araşdırmalar davam etdirilir.

ZEYNƏB