GÜCLÜ KÜLƏK VƏ LEYSAN FƏSADLAR TÖRƏTDİ

Bölmə: Hadisə › ,
Tarix: 21:18 29.08.2023

   Güclü külək və leysan yağışları Qəbələdə bəzi fəsadlar törədib. Qəbələ-Ağdaş magistral yolunda, eləcə də Qəbələ-Şəki avtomobil yolunun üzərində olan böyük ağacların aşıb.

    Sonradan ağaclar götürülərək avtomobillərin hərəkəti təmin edilib. Goranboy RİHB-nin birinci müavini Seymur Nəzərovun sözlərinə görə, Goranboya güclü yağışdan sonra rayonun Ağcakənd qəsəbəsinə dağlardan sel suları gəlib. Nəticədə qəsəbədə bəzi evlərə sel suları dolub. Qəsəbənin yolları yararsız hala düşüb.

   Günün ikinci yarısından başlayaraq ölkənin şimal-qərb bölgəsində də hava şəraiti dəyişib. Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarında yağışlı hava şəraiti müşahidə edilir. Axşam saatlarına yaxın rayonun Şəki və Cəyirli kəndlərinin inzibati ərazisinin yaxınlığındakı dağlıq ərazilərə leysan yağıb. Nəticədə ərazidən keçən Ərcan çayında suyun səviyyəsi qalxıb. Yexlax-Balakən dəmir yol xəttinin üzərindəki suötürücülərin tutulması səbəbindən yağış suları Şəki və Cəyirli kəndlərinin inzibati ərazisinə axıb. Sel suları kənd daxili yollara basıb, bir çox kənd sakinlərinin həyatyanı sahəsinə və evlərin birinci mərtəbəsinə dolub. Hazırda dəymiş ziyanın miqyası müəyyənləşdirilir.