"Qarabağ" bu qələbəyə layiq idi - Şahin Diniyev

Bölmə: İdman › ,
Tarix: 23:07 31.08.2023

"Qarabağ"-"Olimpiya" oyunu bitti. Oyunun gedişatı çox gərgin oldu. Səbailin baş məşqçisi Şahin Diniyev oyunla bağlı şərhini saytımıza bildirib.

 

Şahin Diniyev ikinci hissənin "Olimpiya"nın üstünlüyü ilə keçdiyini deyir: "Qarabağ bu dəfə çox fərqli müdafiədə oynadı, fiziki vəziyyət qarşı tərəfdə daha yüksək idi. Bu da "Qarabağ" üçün çətinlik yaratdı. "Qarabağ" sırf oyunun nəticəsini həll etmək üçün oynadı. Medinanı xüsusi qeyd etmək istəyirəm ki, "Qarabağ"ın dayağı idi, arxa xəttə komandanın bütün hücumlarının qarşısını alırdı".

 

O qeyd edir ki, Medina olmasaydı oyunun nəticəsi fərqli olardı: "Həmçinin "Olimpiya" yaxşı komanda olduğunu göstərdi, sadəcə qələbəyə keyfiyyət çatmadı, buna baxmayaraq, fiziki cəhətdən "Qarabağ"ı üstələdi".

 

Sonda baş məşqçi hər iki komandanın çox yorulduğunu və "Qarabağ"ın buna layiq olduğunu, "Qarabağ"ı təbrik etdiyini bildirdi.

 

Çinarə Muradova