SOSİAL MEDİA DƏLƏDUZLARINI GÖZLƏYƏN CƏZA

Bölmə: Hadisə › ,
Tarix: 09:48 05.09.2023

   Son günlər sosial şəbəkələrdə iş təklifi adı altında insanların cibinə girənlərin sayı artıb. Söhbət müəyyən məbləğ qarşılığında sakinləri aldadan dələduzlardan gedir.

   Bir qrup şəxs sosial şəbəkə üzərindən insanlara yalan vədlər verərək günlük 4 manatdan-350 manatadək pul vəd edir. Amma iş adı altında açdıqları qrupa qoşulanlardan 100 manat məbləğində ödəniş etmələrini tələb edirlər. İstədiklərinə nail olan fırıldaqçılar daha sonra qrupları silirlər. Sosioloq Üzeyir Şəfiyev deyir ki, iş müraciəti zamanı insanlar sadəlöhvcəsinə hər kəsə inanmamalıdırlar. Məlumatlı olmalı, kimlərlə təmasda olduqlarını araşdırmalıdırlar.

   Qanun da belə deyir. Sosial şəbəkələr üzərindən insanları aldadaraq külli miqdarda pul mənimsəyən şəxsləri cərimə ilə yanaşı, 2 ilədək həbs cəzası gözləyir. Hüquqşünas Esmira Rzayevanın sözlərinə görə, Cinayət məcələsinin 178-ci maddəsi dələduzluq əməlini şərh edir və bu zaman şəxs digər şəxslərin etibarından sui-istifadə etməklə və ya aldatma yolu ilə oların əmlakını əldəetmə və ya əmlak hüquqlarını ələkeçirmə kimi əməlini özündə əks etdirir. Bu zaman şəxsə 1000 manatdan 2000 manata qədər cərimə, 2 il islah işləri, 2 ilədək azadlığın məhdudlaşırılması ilə cəzalandırılır

   Bəzi fırıldaqçılar isə bu cəzadan qaçmaq üçün sakinlərdən daha az miqdarda pul mənimsəyir. Lakin bu da onları cəza almaqdan xilas etmir.

PƏRVİN