Udi əsilli Azərbaycan yazıçısı-Georgi Keçaari

Bölmə: Mədəniyyət › ,
Tarix: 12:33 08.09.2023

"Əlamətdar günlər" rubrikasının bugünkü mövzusu illər öncə bu gün – 8 sentyabrda dünyasını dəyişən Udi əsilli Azərbaycan yazıçısı Georgi Keçaari haqqındadır. Bu barədə İnformator.az saytı araşdırma aparıb.

 

Şair - tərcüməçi udi ədəbiyyatı tarixində ən şərəfli yer tutan tanınmış bir insan idi. O, ölümündən 17 il keçməsinə baxmayaraq, bu gün də xatırlanmaqdadır. Udi xalqının şairi, 1930-cu ildə hazırkı Qəbələ rayonunda Nic kəndində anadan olan yazıçı 1938-ci ildə həmin kənddə yerləşən 1 saylı orta məktəbin birinci sinfinə daxil olub, 1946-cı ildə həmin məktəbi bitirib.

 

1946–1952-ci illər arasında Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində təhsilini bitirdikdən sonra 1952–1957-ci illər aralığında rayonun Mıxlıqovaq kəndində məktəb direktoru işləyib. 1952-ci ildən ehtibarən Nic 1 saylı orta məktəbində müəllim və müdir mavini olaraq çalışıb.

 

1991-ci ildə Udi Milli Mədəniyyət Mərkəzi "Orayin"i yaradıb və ömrünün sonunadək həmin mərkəzdə rəhbərlik edib. Bir sıra tərcümə və kitabların müəllifi olan tərcüməçi yazıçı 8 sentyabr 2006-cı ildə vəfat edib və Nic qəsəbəsində "Kala Gərəmzux"da dəfn olunub.

 

ALLAH rəhmət etsin!

 

Məryəm Məmmədova