DOPİNQ, YA İNTENSİV MƏŞQLƏR?

Bölmə: İdman › ,
Tarix: 19:55 08.09.2023

   İdman yarışlarında əsas məqsəd bərabər imkanlar çərçivəsində sağlam rəqabətin təşkilidir. Bu məqsədlə idmançılar arasında dopinq yoxlanmalarına xüsusi diqqət edilir. Əlavə güc verən qidaların və preaparatların qəbulu iştirakçılar arasında ədalətin pozulmasına səbəb ola bilir.

   Bodibildinq üzrə dünya və Avropa mükafatçısı Fuad Quluzadə hesab edir ki, ağırlıq qaldırma kimi idman növlərində əlavə güc verən maddələrdən istifadə qaçılmazdır. Müsahibim deyir, bəzi preparatlar dopinq siyahısında olmadığı halda sonradan daxil edildiyində idmançıların naliyyətlərinin ləğvi ilə nəticələnə bilir.
   Azərbaycan Milli Antidopinq Agentliyinin Hüquq şöbəsinin müdiri Fərhad Abasovun sözlərinə görə, yoxlama zamanı idmançıdan iki nümunə götürülür. Yoxlamalar mənfi nəticə verdikdə idmançı yarışdan kənarlaşdırıla və ya qazandığı medal ləğv edilə bilər. Yarışların qaydalara uyğun keçirilməsi üçün bütün vasitələrdən istifadə edilir.
   Antidopinq agentliyinin rəsmisi onu da qeyd edir ki, əsas məqsəd idmançıların yarışlarda göstərdikləri nəticələri əlavə vasitələrin hesabına deyil, malik olduqları güclərinin hesabına qazanmasıdır.
   İdman mütəxəssiləri hesab edirlər ki, hədəfi qələbə olan idmançılar əlavə vasitələrin əvəzinə intensiv məşqlərə üstünlük versələr,  daha məqsədəuyğun olar.

 

QASIM