Türk dünyasının fəxri - Əziz Sancarın doğum günüdür
Bölmə: Mədəniyyət › ,Tarix: 22:05 08.09.2023
"Əlamətdar günlər" rubrikasının bugünkü mövzusu illər öncə bu gün – 8 sentyabrda dünyaya gələn Türk həkim akademik, biokimyaçı, molekulyar bioloq və elm adamı Əziz Sancar haqqındadır. Bu barədə İnformator.az saytı araşdırma aparıb. Bugünün onun 77 yaşı olur.
Bəzi insanlar var ki, gördükləri işlərlə sanki dünyada bir iz qoymaq üçün gəlirlər. Əziz Sancar da belə əvəzolunmaz insanıardan biridir, xüsusilə Türk dünyası üçün.
1997-ci ildən bu yana ABŞ-dəki Çapel-Hill Şimali Karolina Universitetində Biokimya və Biofizika proqramı üzrə çalışan Sancar son 20 ildə DNT təmirinin bir çox hissəsini müəyyənləşdirmək üçün istifadə etdiyi ilk biokimyəvi yanaşmaları ilə tanınır. Mehmed Özdoğanla birlikdə ABŞ Milli Elmlər Akademiyasına seçilən ilk amerikalı Türk olaraq tanınan Sancar DNT təmiri sahəsindəki araşdırmalarına və bioloji saatın tənzimlənməsi sahəsində 6 vacib kəşfin sahibi olaraq Kimya üzrə Nobel mükafatına layiq görülüb.
Texas Universitetində məşhur alim Klaud Rupertin laboratoriyasında molekulyar biologiya üzrə doktorantura təhsili alan Əziz Sancarın icad etdiyi və adını verdiyi "Maxicell" üsulu ilə "excinuclease/excision nuclease" ferment terminləri Oksford Biokimya və Molekulyar Biologiya lüğətinə daxil olub.
Dünya şöhrətli alim 1946-cı ildə Mardinin Savur ilində orta gəlirli fermer ailəsinin səkkiz uşağından yeddincisi olaraq dünyaya gəlib. “Hər zaman Azərbaycanın yanındayam”-deyən alim, professor təkcə Türkiyənin deyil, bütün türk dünyasının fəxridir. 420-dən çox elmi məqaləyə, 33 mindən çox elmi istinada malik olan Əziz Sancar Hirşa indeksi 99-a çıxan fotoliyaz təmir mexanizmini kəşf etmək üçün 40 il, DNA ikili kəsim mexanizmini kəşf etmək üçün 35 il, kriptokrom və period proteinlərinin funksional mexanizmini kəşf etmək üçün isə 16 il zaman sərf edib. Onun həyatı və gördüyü işlərdən danımaqla bitməz.
Gördüyü əvəzsiz işlərə görə saysız mükafatlara layiq görülən tanınmış professora bundan sonra da sağ canla bol uğurlar arzu edirik!
Məryəm Məmmədova