Uşaqlarda diş sıxma və qıcırdatma problemi

Tarix: 23:32 21.09.2023
Dişlərin sıxılması hər 10 uşaqdan 2-3-də müşahidə oluna bilər. Bəs, uşaqlarda diş qıcırtmasının ən çox görülən səbəbi nədir?
Diş qıcama böyüklərdə olduğu kimi körpəlikdən başlayaraq uşaqlarda da müşahidə oluna bilər. Bəzi uşaqlarda dişləri sıxmaqdan fərqli hesab edilən diş qıcırdatması da müşahidə olunur.
Bu çox yaygın vəziyyətin arxasında hansı səbəblər dayanır? Diş sıxma və qıcırdatma müalicə edilmədikdə nələrə səbəb ola bilər?
Türkiyənin Üsküdar Universiteti Ağız və Üz-çənə Cərrahiyyəsinin bölüm rəhbəri Fulya Üçem sualları cavablayıb.
Diş qıcama problemi olan uşaqlarda hansı pozğunluqlar müşahidə olunur?
Dişlərin sıxılması uşağın dişləri çıxmağa başladığı andan qidalanma pozğunluğuna, dişlərin qırılmasına, diş ətlərinin çəkilməsinə, dişlərdə və çənədə digər problemlərə, qulaq ağrısına, yuxu problemlərinə səbəb ola bilər. Dişlərini sıxan uşaqlarda gördüyümüz problemlər bunlardır.
Valideynlər uşaqlarda dişlərin sıxılmasını və ya qıcırdatmasını necə müşahidə edə bilərlər?
Diş sıxma və diş qıcırdatma fərqli hadisələrdir. Çünki dişləri sıxarkən çənə sağ, sol və ya yan hərəkətlər etmir. Heç bir hərəkət etmədiyi üçün diş sıxarkən heç bir səs eşitmirik. Biz yalnız diş qıcırtma zamanı səs eşidirik. Buna görə də əgər uşaq yuxu zamanı dişlərini sıxırsa, biz bunu fərq edə bilərik. Uşağın qulaq, çənə ağrısı kimi şikayətləri nəticəsində diş qıcırdamasından şübhələnirik.
Dişləri sıxmaq, yoxsa qıcırdatmaq daha təhlükəlidir?
Bu, əslində uşağın şikayəti ilə bağlıdır. Uşaq dişlərini sıxarsa, bu, dişlərin aşınmasına səbəb ola bilər. Buna görə də diş qıcırdatma əslində diş sıxmasından bir az irəlidədir. Uşağın dişlərini aşındıra bilər.