Antarktida buzları rekord aşağı səviyyədə

Bölmə: Maraqlı › ,
Tarix: 23:14 26.09.2023

ABŞ Milli Qar və Buz Məlumat Mərkəzi (NSIDC) peyk görüntülərinin Antarktida ətrafındakı dəniz buzlarının səviyyəsinin mövsümi olaraq rekord aşağı həddə gerilədiyini göstərdiyini açıqlayıb.

 

Hazırda qışın olduğu Antarktidada dəniz buzu ilin bu dövründə ən geniş səviyyədə olmalıdır. Ancaq araşdırmalar göstərir ki, buzun miqdarı 1979-cu ildən bəri vaxtaşırı ən aşağı səviyyəyə düşüb.

 

Sentyabrın 10-da buzun miqdarının pik həddə çatdığı zaman dəniz buzunun əhatə etdiyi ərazi təxminən 16,96 milyon kvadrat kilometrə çatıb.

 

Əvvəlki ən aşağı qış buzunun həcmi 1986-cı ildə qeydə alınıb. Sentyabrın 10-da qeydə alınan məlumatlarda buz dərəcəsinin 1986-cı illə müqayisədə bir milyon kvadrat kilometr az olduğu görülüb. Bu, demək olar ki, Misirin sahəsinə bərabərdir.

 

Tapıntılar alimlərin iqlim dəyişikliyinin Cənub qütbünə təsiri ilə bağlı narahatlıqlarını artırıb.

 

Nuray