Qarabağda kəşfiyyatçı kimi döyüşən aktrisa

Bölmə: Maraqlı › ,
Tarix: 08:57 28.09.2023

Birinci Qarabağa müharibəsində iştirak edən aktrisa Simuzər Ağakişiyeva cəbhə xatirələrini ilk dəfə "Sabahın xeyir, Azərbaycan"la bölüşüb. Simuzər Ağakişiyeva Gənc Tamaşaçılar teatrının aktrisasıdır. O, birinci Qarabağ müharibəsində iştirak etdiyini deyir.

 

Ağdamın Abdalgülablı kəndi istiqamətində gedən döyüşlərdə kəşfiyyat qrupunda döyüşüb. Simuzər xanım Mədəniyyət və İncəsənət Universitetində təhsil almasına baxmayaraq, Xocalı soyqırımı və Daşaltı əməliyyatından təsirlənərək cəbhəyə getmək qərarını verir. Ona mane olmağa çalışsalar da, yolundan döndərə bilmirlər. Simuzər cəbhədə qalıb təlimlərə qatılır, silahdan istifadə qaydalarını öyrənir, onlarla birlikdə əməliyyatlara gedir. Kəşfiyyatçı olmağın böyük məsuliyyət tələb etdiyini deyən kəşfiyyatçı aktrisa döyüş yoldaşları ilə birlikdə çətin günlər yaşadığını bildirir. Buna baxmayaraq o günlərdən kədərlə, bir o qədər də qürurla danışır. Deyir ki, Bakıda doğulsam da, Qarabağın yeri mənim üçün xüsusi olub. Döyüşlər başlayana qədər heç vaxt o yerlərdə olmadığına rəğmən, Xankəndini azad edəcəkləri günü səbirsizliklə gözləyib Simuzər Ağakişiyeva.

 

Simuzər xanım bu gün sevincli və qürurludur. Çünki çətin günlər artıq geridə qalıb. Qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirməyə qadir olan müzəffər Azərbaycan ordusu var.

 

QASIM