Rolling Stones qrupunun solisti Mick Jagger mirasını bağışlayır! "Uşaqlarımın buna ehtiyacı yoxdur"

Bölmə: Mədəniyyət › ,
Tarix: 21:48 29.09.2023

Əfsanəvi "Rolling Stones" musiqi qrupunun üzvü Mick Jagger mirasını xeyriyyəçiliyə bağışlamağı düşündüyünü açıqlayıb. M. Jagger “Uşaqların yaxşı yaşaması üçün 500 milyon dollara ehtiyac yoxdur” deyərək, pulun xeyriyyəçiliyə gedəcəyini açıqlayıb.


Mick Jagger bu yaxınlarda mirasını xeyriyyəçiliyə bağışlamaq fikrində olduğu açıqlaması ilə gündəm olmuşdu. 80 yaşlı ser Mick Jagger bu qərarına səbəb kimi övladlarının pula ehtiyacı olmadığını göstərib. Bu barədə"The Wall Street Journal" qəzetinə danışan müğənni "Uşaqların yaxşı yaşaması üçün 500 milyon dollara ehtiyac yoxdur" deyib.


Məşhur musiqiçi pulun xeyriyyə işlərinə getsə, "Bəlkə dünyaya faydası olar" deyə vurğulayıb.