Şamaxıda da Heydər Əliyevlə bağlı tədbir keçirilib

Bölmə: Mədəniyyət › ,
Tarix: 22:13 08.05.2025

Şamaxıda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

 

“İnformator.az” "Qafqazinfo"ya istinadən  xəbər verir ki, tədbirdən öncə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının, eləcə də müvafiq idarə, müəssisə rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri Heydər Əliyev adına parkda Ulu Öndərin abidəsini ziyarət edib.

 

Şamaxı Mədəniyyət Mərkəzində keçirilən tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, daha sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş “Əbədiyyətin ilk əsri” adlı film nümayiş olunub.

Tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisin deputatı Tamam Cəfərova, Şamaxı rayon Ağsaqqallar Şurasının sədri Mayıl Alıcanov, ADPU-nin Şamaxı filialının müəllimi, tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblı və YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın xilaskarı dahi şəxsiyyət Heydər Əliyevin misilsiz xidmətlərindən söz açıblar.