Animasiya filmlərinə maraq niyə azalıb?-Animator detalları açıqlayır

Bölmə: Mədəniyyət › ,
Tarix: 15:59 06.10.2023

“Animasiya filimlərinin inkişafı üçün dövlət dəstəyinin fəaliyyət göstərməsi daha uyğun olardı. Animasiya sahəsi kifayət qədər maraqlıdır sahədir və bu sahəni sevən insanlar da vardır”.

Bu sözləri İnformator.az-a açıqlamasında animator Zaur Rövşənli deyib. Animatorun sözlərinə görə, mövcud resursların olmaması, bu sahəyə marağı olan insanların bu sahədən uzaqlaşmasına, nisbətən yerli bazarın inkşaf etməməsinə gətirib çıxardır.

“Animasiya filimlərə marağın azalması yerli bazarda bu sahə ilə peşəkar məşğul olunmamasından qaynaqlanır. Animasiya filimlər, kiçikdən böyüyə hərkəsin izlədiyi bir sahədir. Yerli bazarda animasiya filimlərinin yaxşı senarisi olmaması, qrafiklərin doğru və maraqlı işlənməməsi, səsləndirmələrdə emosiyaların doğru vurğulanmaması ortaya qeyri peşəkar filmlərin çıxmasına səbəb olur və bu tərz filimləri izləmək insanlara maraqlı olmur”.

Nigar Səmədli