"İNSANIN GÜCÜ ONUN OXUDUĞU KİTABLARDADIR"-ŞƏRİF AĞAYAR

Bölmə: Mədəniyyət › ,
Tarix: 19:22 25.10.2023

"İnsan həm cisimdən, həm də ruhdan ibarətdir. Bizim maddi qazancımız-geyim, yemək, oksigen və s.cismimizin xidmətindədir. Yeganə olan kitabdır ki, ruhumuzu qidalandırır, bizi başqa canlılardan ayırır. Yaponlar demişkən "kitab ruhun qidasıdır". Kitab olmasa bizim mənəviyyatımız sıradan çıxar" bu fikirləri açıqlamasında yazıçı Şərif Ağayar bildirib.

 

 


Yazıçı əlavə edir ki, kitab dedikdə mənəviyyatın kökündə dayanan məhək daşından danışıram. "Kitabın ötürüb verdiyi mənəvi nemətləri heç nə insana verə bilmir. Fikrimcə, insanın gücü onun oxuduğu kitablardadır. "Dostunun kim olduğunu de, sənin kimi olduğunu deyim" ifadəsini mən belə dəyişərəm ki, "oxuduğun kitabları de, sənin kim olduğunu deyim".

 

 

Şərif Ağayar vurğulayır ki, hər bir Azərbaycan gənci kitabı həyatının vacib kompenentinə çevirib, hava, su kimi kitabın da lazımlılıq dərəcəsini anlasın. "Kitabsız bizim yaxşı güzəranımız yoxdur!".

 

ÇİNARƏ MURADOVA