“İZ- Qərbi azərbaycanlılara qarşı soyqırımı və deportasiya cinayətləri” adlı sənədli film təqdimatı

Bölmə: Mədəniyyət › ,
Tarix: 23:17 06.11.2023

Bu gün Bakı şəhərində  “İZ- Qərbi azərbaycanlılara qarşı soyqırımı və deportasiya cinayətləri” adlı sənədli filmin təqdimat mərasimi keçirilib.

 


Tədbirdə Azərbaycan Respublikasının tanınmış ziyalıları iştirak edib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıldı. Daha sonra Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan filmin ssenari müəllifi - tarix üzrə fəlsəfə doktoru Mahir Qəribov ölkə rəhbəri Ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə suverenliyimizin bərpa olunması, böyük qələbəmiz münasibəti ilə xalqımızı təbrik edib.

 


Sözü “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri Məhluqə Qaramanlıya verdi. Məhluqə xanım tədbirin məhz İsveçin Stokholum şəhərində keçirilməsinin özəlliklərindən danışdı. Bildirdi ki, belə tədbirlərin nə qədər çox olması xalqımızı daha da birləşdirir və daha geniş auditoriyaya sözümüzü deməyə imkan yaradır. O, cümlədən Qərbi Azərbaycanla bağlı həqiqətlərin dünya arenasına çıxarılmasında əsaslı dönüş yaradır.

 


Daha sonra söz “Beynəlxalq Media Mərkəzi İsveç (İnternational Media Group Sweden) İdarə Heyətinin sədri Rahim Sadıqbəyliyə verildi. Rahim Sadıqbəyliölkə rəhbəri Ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə suverenliyimizə nail olunması, Xankəndində bayrağımızn dalğalanması münasibəti ilə bütün Azərbaycan xalqını təbrik etdi. 2023-cü ilin 21 oktyabr tarixində İsveçin paytaxtı Stokholm şəhərində sənədli filmin ingilis dilində altyazılı olaraq təqdimatının keçirilməsi və böyük rezonas doğurmasından danışıb.

 


İsveçin Stokholum şəhərində layihənin təqdimatının nəticəsi dünyanın bir çox ölkələrində erməni lobbisində yaranan narahatlıqlarından, filmin mahiyyətindən danışdı. Bizim də vəzifəmiz budur ki, belə sənət əsərlərinin dili ilə geniş tamaşaçı kütləsinə həqiqətləri izah edək. Bu tədbir haqqında xəbər və məlumatlar kütləvi informasiya vasitələrində işıqlandırıldığını bildirib.

 


İZ- Qərbi azərbaycanlılara qarşı soyqırımı və deportasiya cinayətləri” sənədli filmi Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Əlil Qadınlar Cəmiyyəti”nin layihəsi əsasında hazırlanıb. Filmdə qədim Azərbaycan torpaqları olan Qərbi Azərbaycanda mövcud olan tarixi abidələr, qalalar, qəsrlər, saraylar,türbələr, məscidlər, körpülər və digər abidələrin ermənilər tərəfindən mərhələli şəkildə məhv edilməsi, ötən əsrdə 4  dəfə, (1905-1907, 1918- 1920, 1948-1953, 1988-1991) erməni millətçilərinin və sovet imperiyasının təzyiqi altında tərk etməyə məcbur olmuş azərbaycanlıların məşəqqətli həyat tarixçəsi, azərbaycanlılara məxsus yer adlarının məqsədli şəkildə dəyişdirilməsi, mədəni irsə qarşı ermənilərinməqsədyönlü siyasəti, Qərbi azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı və deportasiya cinayətləri fakt və dəlillər əsasında göstərilib.

 


“İZ- Qərbi azərbaycanlılara qarşı soyqırımı və deportasiya cinayətləri” sənədli  filmində əsasən Qərbi Azərbaycandan olan elm adamlarının, şair və yazıçıların, ziyalıların fikirləri yer alıb. Filmin əsas məqsədi, Qərbi Azərbaycanla bağlı beynləlxalq ictimaiyyətdə obyektiv təsəvvür formalaşdırmaq, əslən Qərbi Azərbaycandan olan azərbaycanlıarı böyük qayıdışa hazırlamaqdan ibarətdir.
Sənədli filmin layihə rəhbəri “Əlil Qadınlar Cəmiyyəti”nin sədri Məhluqə Qaramanlı, ssenari müəllifi- tarix üzrə fəlsəfə doktoru Mahir Qəribov, quruluşçu rejissoru Əməkdar mədəniyyət işçisi Vasif Məmmədzadədir.

 


Layihə rəhbəri Məhluqə Qaramanlı  dəstəyinə görə  Azərbaycan Dövlət Film Fondunda ilk dəfə nümayiş olunan və bu imkanı bizə yaratdığına görə, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə və Dövlət Film Fondu rəhbərliyinə öz təşəkkürünü və minnətdarlığını bildirib.

 

Nigar Xəlilzadə