Azərbaycanda zəlzələ oldu

Bölmə: Hadisə › ,
Tarix: 21:35 21.11.2023

Quba seysmoloji stansiyasından 38 kilometr şimal-şərqdə, Xaçmaz rayonunda zəlzələ baş verib.

 

İnformator.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

 

Yerli vaxtla saat 20:33-də qeydə alınan zəlzələnin maqnitudası 3,0 olub. Ocağı 2 kilometr dərinlikdə yerləşən yeraltı təkan hiss olunmayıb.

 

Həcər Əmiraslanlı