Dənizdəki işçilər-təxliyə edildi

Bölmə: Hadisə › ,
Tarix: 17:56 21.11.2023

Fövqəladə Hallar Nazirliyinə (FHN) əlverişsiz hava şəraiti ilə əlaqədar Xəzər dənizində yerləşən 18 və 60 saylı stasionar dəniz özüllərindəki işçilərin təxliyə edilməsi zərurətinin yaranması barədə məlumat daxil olub.

 

İnformator.az xəbər verir ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin “Vixr-5” gəmisi cəlb olunub.

 

Həyata keçirilən operativ əməliyyat nəticəsində ümumilikdə 26 nəfər təxliyə edilərək təhlükəsiz əraziyə çatdırılıb.