Sem Altman vəzifəsinə geri qayıdır-AÇIQLAMA

Bölmə: Dünya › ,
Tarix: 11:10 25.11.2023

Sam Altmanın keçdiyimiz günlərdə bildirdiyinə görə “Open AI”nin CEO’su olaraq geri dönəcək.

 

İnformator.az xəbər verir ki, bu addım əvvəllər Altmanı’işdən kənarlaşdıran İdarə Heyətindəki işçilərin və yatırımcıların təzyiqi ilə atılıb.

 

”Salesforce” şirkətinin sabiq baş icraçı direktoru Bret Taylor və keçmiş Maliyyə Naziri Larri Sammers “Open AI”nin idarə heyətinə qatılacaqlar.

 

”Microsoft” şirkətinin dəstəklədiyi startapda, Taylorun sədr vəzifəsini tutduğu söylənilib.

 

Sam Altman’ın geri dönüşüylə əlaqədar olaraq eyni vaxtda Helen Toner, Tasha McCauley və həmtəsisçisi İlya Sutskever idarə heyəti üzvlüyündən kənar edilib.

 

Sonralar Sutskever də digərləri çevrilişdən əllərini üzsələr də, əvvəllər Altmanın devrilməsində barmaqları olub.

 

Əli Məmmədli