İrandan qaçaqmal keçirilməsinin qarşısı alındı

Bölmə: Hadisə › ,
Tarix: 10:06 25.11.2023

İrandan Azərbaycana qaçaqmal siqaret, pomidor toxumu və xalçanın gətirilməsinin qarşısı alınıb.

 

İnformator.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

 

Xəzər dənizinin Bəndovan burnu istiqamətində keçirilən tədbirlər nəticəsində sahil xəttində aşkar olunmuş qutulara baxış zamanı ümumilikdə 23 998 ədəd müxtəlif adda siqaret, 80 ədəd dəmir bankada konservləşdirilmiş pomidor toxumu və 1 ədəd xalça aşkar edilərək götürülüb.

 

Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.