Qəzzada 66 jurnalist həlak olub

Tarix: 12:33 25.11.2023
İsrail Qəzzada da jurnalistləri hədəfə alıb.
İnformator.az xəbər verir ki, 7 oktyabrdan bəri İsrailin hücumları nəticəsində 66 jurnalist öldürülüb.
Fələstin Jurnalistlərinin Sindikatında İsrailin blokadaya alınmış Qəzza zolağına hücumları zamanı həlak olan jurnalistlər barədə məlumat təqdim edilib.
Açıqlamada İsrailin hücumları nəticəsində 6-sı qadın olmaqla 66 jurnalistin öldürüldüyü, 2 jurnalistin itkin düşdüyü, 31 jurnalistin isə İsrail həbsxanalarında saxlanıldığı bildirilib.
Həcər Əmiraslanlı