ÖLÜMÜ MUSİQİYLƏ BAĞLI OLAN BƏSTƏKAR....

Bölmə: Mədəniyyət › ,
Tarix: 21:06 05.12.2023

   "Barmaqlarına qurban olum bir dənə muğamat çal" - Sibirin ucqar yerində konsert zamanı dahi cazmenə azərbaycanlı dinləyicisi belə səslənir. Azərbaycanda caz deyildikdə ilk ağla gələn şəxsiyyət Vaqif Mustafazadənin barmaqlaarının sehri haqqında nə qədər danışılsa da, azdır. Bunu ancaq dinləmək lazımdır.

   Musiqiçi pedaqoq Ceyhunə Təhməzli Vaqif Mustafazadənin Mozartin sanatlarını ustalıqla ifa etməsinə diqqət çəkir. Deyir ki, Azərbaycan muğanlarını caz texnikası ilə birləşdirərək muğam caz musiqi janrının təməlini qoyan Vaqif Mustafazadə ilk musiqi təhsilini anası Zivər xanımdan alıb. "Mahir pianoçu olan Zivər xanım xalq folklor nümunələri ilə yanaşı klassik bəstəkarların Baxın, Bethovenin, Mozartın, Hacıbəylinin və digər bəstəkarların əsərlini düzgün çalmağı öyrədirdi. Vaqif Raxmaninovun, Baxın prelyetlərini və fuqalarını, Mozartın sanatlarını ustalıqla ifa edirdi".

   Dövrün tələbinə uyğun olaraq musiqiyə qoyulmuş qadağalara tab gətirməyən Vaqif Tiflis şəhərinə gedir. Gürcüstan Dövlət Flarmoniyasında "Qafqaz caz üçlüyü"nü yaradır. Musiqiçi pedaqoq İlahə Ağayeva Vaqif Mustafazadəni Azərbaycan muğam caz hərəkatının memarı adlandırır. "Vaqif Mustafazadə Azərbaycan musiqisinə çox böyük bir iz qoymuş, çox dahi bir sənətkarlarımızdan, dahi bəstəkarlarımızdan biridir. Bütün dünya musiqiçiləri tərəfindən əsərləri qəbul olunmuş bir musiqiçidir. Vaqif Mustafazadə Azərbaycan caz musiqisinin banisi və yeni caz fikrinin təsisçisidir. Onun devizi caz muğam adlanır".

    Vaqif Mustafazadə həm orijinal caz pianoçusu, həm bəstəkar, həm də aranjimançı idi. Onların hamısında Vaqif üslubu şəksiz idi. Vaqif Mustafazadə Ağabacı Rzayevanın "Evimizə gəlin gəlir" mahnısını elə özünəməxsus tərzdə aranjiman edib ki, onu elə Vaqifin bəstəsi kimi tanıyırıq. "İstənilən xalq və ya bəstəkar mahnısı Vaqif Mustafazadənin cazsayağı şərhində tamamilə yeni ahəngə boyanırdı. Caz bəstəkarı kimi yazdığı kompozisiyalar isə bu musiqi üslubunun bütün ənənə rəngarəngliyini üzə çıxara bilirdi".

   Vaqif Mustafazadənin ölümü də musiqiylə bağlıdır. 16 dekabr 1979-cu ildə Daşkənddə konsert zamanı səhnədə "Əzizəni gözləyərkən" kompozisiyanı ifa edərkən dahi musiqiçi ürək tutmasından vəfat edib.

   Uşaqlığı İçərişəhərdə keçən dahi cazmen sanki İçərişəhərin simvoluna çevrilib. "Vaqif Mustafazadə irsi olduqca zəngin fikirlər, incə tapıntılar, yeni cığırlar göstərməsi ilə hələ də aktualdır. Vaqif Mustafazadə irsi – bizim musiqi mədəniyyətimizə yad, yeni olan təzahür – caz sənətinin timsalında verilmiş nemətdir. Vətənimizin, musiqimizin, doğma yurdumuzun əziz, danılmaz rəmzlərindəndir".

 Saida Ramazanova