BOŞ QALAN TEATRLAR...- Səbəbləri ARAŞDIRMIŞIQ

Bölmə: Mədəniyyət › ,
Tarix: 21:32 05.12.2023

    Azərbaycan teatrının tarixi Mirzə Fətəli Axundovun 1873-cu ilin mart-aprel aylarında Bakıda səhnəyə qoyulan “Lənkəran xanın vəziri” və “Hacı qara” tamaşaları ilə başlayır. Qabaqcıl Azərbaycan ziyalıları, sonralar Qori seminariyasını bitirən müəllimlər Şuşa, Naxçıvan, və başqa şəhərlərdə teatr tamaşaları düzəldir, ey zamanda bu tamaşalarda aktyor kimi çıxış edirlər.

   İlk yarandığı günlərdə daha çox tamaşaçı toplayan teatlar indi demək olar ki, boş qalıb. Aktyorlar anşlaq üçün darıxıb…. "Dərslər çox olur, marağım olmur", "İşlərim çox olur, vaxtım olmadığı üçün teatra gedə bilmirəm", "Həm universitetə, həm də imtahanlar olduğuna görə getmirəm", "Yetəri qədər sıx-sıx marağımı çəkən tamaşalar olmadığına görə tez-tez teatra getmirəm", "Çünki 21-ci əsrdir, indi internet dövrüdür. İnternetlə çox şeyi tapmaq olur". Bütün bunlar gənclərin teatra getməmək üçün gətirdikləri səbəblərdir. Bəs teatrşünaslar nə deyirlər? Onlar problemin qiymətlərdən qaynaqlanması fikri ilə razılaşmırlar. Akif Nəsirli Bakıda teatr qiymətlərinin o qədər də baha olmadığını deyir. "Uşaq tamaşaları təxminən 7-8 manatdan başlayır. Gənc tamaşaçılar üçün isə adi tamaşalar 10manatdan başlayır".

   Gənc tamaşaçılar teatrının aktyoru Vahid Orucoğlu isə düşünmür ki, gənclərin teatra marağı azdır. Əksinə teatra gənclərin marağı var. "Mənim çalışdığım gənc tamaşaçılar teatrında axşam tamaşalarının əsas kontingenti gənclər olur. Düşünürəm ki, daha canlı tamaşaların sayının az olmasıdır".

 Rejissor Nofəl Quliyevin sözlərinə görə, indiki dövrdə teatr dünyada inkişaf mərhələsindədir. Əsasən də, Avropa, Türkiyə, Rusiyada. Azərbaycanda isə inkişaf üçün çalışan, inkişafa doğru gedən teatrlarla yanaşı inkişafdan geridə qalan teatrlar da var. "İnanın mənə, tipin fərqi yoxdu. Təki o tamaşanı istedadlı aktyorlar canlandırsın, savadlı rejissor yönləndirsin. Azərbaycan auditoriyasi yaxşı tamaşaya üstünlük verir".

   Teatrşünaslar məsləhət görürlər ki, hər kəs bilet alıb bir dəfə də olsa, teatra getsin. O zaman görəcəklər ki, zallar düşündükləri qədər də boş deyil. Hamı evdə oturub desə ki, teatrlara heç kim getmir, təbii ki, zallar da boş qalacaq.

 NİGAR ƏKBƏROVA