Qəlbin dərinliklərindən gələn musiqi

Bölmə: Mədəniyyət › ,
Tarix: 22:06 05.12.2023

   Muğam sənəti Azərbaycanda milli özünüdərk və özünü eyniləşdirmənin əsasını təşkil edən başlıca mədəni dəyərlərdən biri kimi qavranılır. Dünyada mövcud olan musiqi janrlarından fərqli olaraq, muğam bir çox xalqların milli mədəni irsinin formalaşmasında və bu günkü dövrə gəlib çatmasında mühüm rol oynayıb.

 Muğamlarımızın kökləri çox qədimlərə gedib çıxır. Azərbaycan muğamlarının mükəmməlliyinə görə, biz ilk növbədə dahi bəstəkarımız Üzeyir Hacıbəyliyə borcluyuq. Yasamal Musiqi Məktəbinin müəllimi deyir ki, muğam qəlbin dərinliklərindən gəlməlidir. "Muğam bizim milli sərvətimizdir. Dünya musiqilərinin kökündə Azərbaycan muğamı dayanır. Bu gün muğam ifaçılığına ölkəmizdə böyük qayğı və diqqət göstərilir. 2005-ci ildən ölkəmizdə muğam müsabiqələrinə start verilib".

   Muğam çox dərin bir musiqi növüdür, onu anlamaq və öyrənmək özü bir istedad tələb edir. 

 

Mirsadiq Ağayev