Musiqimizi zəbt edən bayağı musiqilər-Bəstəkardan açıqlama

Bölmə: Mədəniyyət › ,
Tarix: 12:35 07.12.2023

"Bu gün qeyri-peşəkarların tanınması istedadlıların kölgədə qalmasının səbəbi informasiya kommunikasiya texnologiyalarının, əsasən, son dövrlərdə internetin yaranması ilə əlaqədardir." 

Bu sözləri "İnformator.az" saytına bəstəkar Firudin Allahverdi deyib.

 

Bəstəkarın sözlərinə görə, cəmiyyətdə musiqi savadlılığı olmalıdır. Bunu Qara Qarayev həmişə söyləyib ki, əlifbanı, rəngi uşaqlara öyrətdiyimiz kimi notları da öyrətmək lazımdır. Bu da dünya qədim zamanlardan belə təhsilin içində olub. 

 

"Dövr dəyişdikcə musiqi təhsili daha da genişlənməyə başladı. Bu hal kütləviləşəndən sonra musiqi təhsilinin keyfiyyəti azaldı. Musiqi savadı ölkədə çoxaldıqca hər kəs öz musiqisini tapıb dinləyir və o musiqinin yaşaması üçün əlindən gələni edir. Hər yerdə kimin musiqisi çox dinlənilirsə, o daha məşhur olur. Adətən çoxluq isə musiqi savadı az olanlar olur. Bu hər zaman belə olub və cəmiyyətin qanunlarıdı." 

 

Firudin Allahverdi bildirir ki, sadəcə əvvələr onlar musiqini tanıtmaq üçün bu cür imkanlar olmayıb.

 

"Keyfiyyətli musiqi dinləyiciləri olmalıdır ki, yaxşı musiqilər cəmiyyətdə yaşaya bilsin. Bunun üçün də savadlı insanlar lazımdır. Ümumiyyətlə,dünya görüşlü, həm də musiqi savadlı, musiqi savadı ən azından məktəb səviyyəsində olmalıdır. Bu təhsil kontrol altında olmalıdır. Düşünürəm ki, bu cür olsa problemlər aradan qalxar". 

 

Asiman Hafizqızı