QEYRİ-ADİ YOL QƏZASI

Bölmə: Hadisə › ,
Tarix: 16:04 11.12.2023

     Paytaxtda qeyri-adi yol-nəqliyyat hadisəsi baş verib. Hadisəni qeyri-adi edən isə avtomobillərin bir-birinin üzərinə çıxması olub.

 

    Yol qəzası Yasamal rayon, Abbas Mirzə Şərifzadə küçəsində baş verib. "Chevrolet Cruze” markalı avtomobili idarə edən sürücü “Hyundai” markalı avtomobillə toqquşub. Sürücünün idarəetməsindən çıxan “Chevrolet” yolun kənarında park edilmiş “Renault” markalı minik avtomobilinin üzərinə çıxıb. Hadisə zamanı xəsarət alan olmayıb, avtomobillərə ciddi zərər dəyib.  Yasamal rayon DYPŞ-nin Baş inspektoru Nəbati Yaqubovun sözlərinə görə, ilkin baxışa əsasən Hyunday markalı 99-XN-516 dövlət qeydiyyat nişanlı avtomobil Şərifzadə küçəsində hərəkət edib sola manevr edib geriyə dönərkən hadisə ba. verib. "Qarşıdan gələn şevrolet markalı 99-ST-809 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub, zərbənin nəticəsindən idarəetməni itirib, sonuncu avtomobil yol kənarında dayanmış Reno markalı 99-SB-409 dövlət qeydiyyat nişanlı avtomobilə dəyib". Faktla bağlı Yasamal rayon dövlət yol polisi şöbəsində araşdırmalar davam etdirilir.