Su insan ölümünə səbəb ola bilər?

Bölmə: Hadisə › ,
Tarix: 19:45 13.12.2023

Türkiyədə bir şəxs 20 dəqiqə ərzində 2 litr su içib və dünyasını dəyişib. Mövzu ilə bağlı həkim Mərdan Əliyev informator.az-a açıqlamasında söyləyib ki, su ölüm halına səbəb ola bilməz.

 

"Əgər təmiz sudursa, niyə ölüm hadisəsi baş versin?! Belə ola bilər ki, həmin insanın hər hansısa xəstəliyi olub və suyun içilməsi də onun vəziyyətini bir az ağırlaşdırıb". 

 

Həkim qeyd edib ki, bəlkə onun səbəbi olub və buna görə də ölüb. 

 

" Yəni sağlam insan çox su içməklə ölə bilməz. Əgər su təmiz olmayıbsa, bu halda ölüm baş verə bilər. Amma təbii ki, bu halda qısa müddət ərzində insanın ölməyi mümkün deyil".

 

Aynur Babayeva