Direktor müəllimi döyüb?

Bölmə: Hadisə › ,
Tarix: 19:54 13.12.2023

Samuxda ibtidai sinif müəllimi direktorun ona fiziki şiddət gördüyünü iddia edir. Direktor belə bir halın yaşanmadığını, şagirdlər isə başqa söz deyir.

 

Hadisə Samux rayon Qarayeri qəsəbə 2 saylı tam orta məktəbdə baş verib. Məktəbin direktoru 38 yaşlı Şahin Məmmədovun 48 yaşlı ibtidai sinif müəllimi Şəhla Quliyevanı vurduğu deyilir. Müəllim direktorun məktəbə yeni təyin olunduğu gündən onunla kobud rəftar etdiyini, son mübahisədə isə şagirdlərin gözü önündə onu alçaltdığını iddia edir.

 

Şəhla Quliyeva bildirib ki, qeyri-iş günündə direktor zəng vurub, açmamışam. Buna görə məni təhqir edir, telefona təhqramiz sözlər yazır. 

 

"Dedi kimlik və şəkli çatdır, dedim gətirərəm. Amma dedi gəlib üzr istəsin ki, gec vermişəm. Dərs keçdiyim vaxt məni 24 uşağın qarşısında başıma vurur, yaxamdan tutur ki, sinifdən çıxmalısan. İkinsi sinif şagirdləri qarşısında, kimin bunu eləməy hüququ çatır"?

 

Şagirdlər isə deyirlər ki, bu gün direktor sinifə girib müəllimi kitabça ilə vurdu, şkafın yanına itələdi, müəllim yıxıldı.

 

Məktəbin direktoru Şahin Məmmədov isə deyilənlərlə razılaşmır, bunları şər və böhtan adlandırır.

 

"Şəhla müəllimi otağıma çağırdım, imtina elədi. Dedim niyə gəlmirsiniz, dedi yaxşı edirəm, sonra da çığır-bağır saldı. Müəllimə yaraşmayan hərəkətlər etdi, davranış qaydalarını pozdu. Müəllimin xəbərdarlığı da var. Bununla bağlı akt tərtib etdik. Akta imza atanlar da təsdiq edirlər. Bir qadına, bir müəllimə qarşı elə bir şey ola bilməz". 

 

Döyüldüyünü iddia edən müəllim polisə müraciət edib. Məsələ Gəncə-Daşkəsən Regional Təhsil

İdarəsində də araşdırılır.