Peşəkar aktyor olmaq üçün ali təhsil almaq şərtdir mi?-AÇIQLAMA

Bölmə: Mədəniyyət › ,
Tarix: 20:23 13.12.2023

Peşəkarlıq növündən, sahəsindən asılı olmayaraq istənilən yerdə əsas meyardır.

İstənilən şəxs ortaya yaxşı bir iş çıxarmaq istəyirsə, o zaman gördüyü işə peşəkarlıq sferasından baxmalıdır.

İstər müəllim olsun, istərsə də jurnalist və ya aktyor, fərq etməz.
Hər bir sahədə peşəkar olanlar daim bir addım öndə olur. Təbii ki, öz işində professionallaşmaq üçün ali təhsil almaq ilk atılacaq başlıca addımlardan biridir.

 

Azərbaycan Kinematoqrafçılar İttifaqının Katibi Əlisa Cabbarov  sözügedən mövzu ilə bağlı informator.az’a açıqlama edib:

 


“Tam ali təhsil bir peşədə aramsız biliklər qazanmağa kömək edir. Ona görə aktyor təhsili də lazımi biliklərin alınması, o mühitdə olması, ustad aktyorlarla münasibət və parallel olaraq başqa sənət növləri-musiqi, rejissorluq, təsviri sənət haqqında biliklərin alınması gələcək peşəkar aktyorun peşəkar dünyasının inkişafına və formalaşmasına çox  böyük təsir edir”.

 


Əlisa Cabbarov bir işə 4 il sərf edən insanın nailiyyətinin,bir sahəyə 2 ay,6ay, 1 il sərf edənin nailiyyətlərindən daha böyük olduğunu qeyd edib.

 


”Ona görə də ali təhsilli aktyorun nəticəsi əgər bu işə vicdanla yanaşsa,yüksək olacaq.
Bununla yanaşı, filmdə, tamaşada epizodik rolların ifaçısı, xarakterik yolların ifaçısı , tipaj personajlar ola bilər. Bəzən ‘qəssab roluba qəssabı’, ‘poçtalyon roluna poçtalyonu’, qoymaqla təbiilik əldə etmək olar”.

 


Əlisa Cabbarov həmçinin II Dünya Müharibəsi dövründə İtalyan film sektorunda daha çox qeyri-peşəkar insanları tipaj olaraq təbiilik yaranması üçün çəkdiklərini deyib.

 


”Məşhur bir rejissorun sözlərinə görə, qeyri - peşəkar aktyor bir hissi oynaya bilər. Məntiq budur ki, baməzə həvəskar aktyor ancaq baməzə adamı oynaya bilər, məzəli olmayanı oynaya bilməz. Amma bir hissdən başqa hissə keçidi, gülən adamın birdən-birə kövrəlməsini, kövrələn adamın birdən birə gülməsini, sakit olanın ani olaraq əsəbləşməsini yalnız peşəkar aktyor icra edə bilər. Ona görə  hər hansı bir film, tamaşada ali təhsili olmayan aktyorun müəyyən epizodik uğurlarına baxmayaraq, 4 illik ali təhsil alan aktyorun verdiyi nəticəni verə bilməz".

Əli Məmmədli