Bakı metrosunda ölüm

Bölmə: Hadisə › ,
Tarix: 19:59 15.12.2023

"Memar Əcəmi"metrostansiyasında 65-70 yaşlı qadın stansiya yoluna düşərək ölüb.

 

Saat 6:30 radələrində dünyasını dəyişən qadının ilkin ehtimallara görə ürək tutmasından vəfat etdiyi bildirilsə də araşdırmalar davam etdirilir. 

 

Bakı metropoliteninin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, Bakı metropoliteninin normativ tələblərinə uyğun olaraq dərhal stansiya yolundan yüksək gərginlik çıxarılıb və təcili tibbi yardım xidməti dəvət olunub.

 

"Sərnişin stansiya yolundan polis əməkdaşı və metropoliten stansiya növbətçisi tərəfindən çıxarılıb. Hərəkətsiz vəziyyətdə olub. Təcili tibbi yardım personalı sərnişinin ölüm faktını təsdiq edib".

 

Bəxtiyar Məmmədov qeyd edib ki, bir müddətdən sonra stansiyaya yaxınlaşan qatar yüksək gərginlik çıxarıldığından artıq təhlükəsizlik zonasında dayanıb hər hansısa problem olmayıb.

 

Lamiyə