Şəhərdə bayram hazırlıqları

Bölmə: Mədəniyyət › ,
Tarix: 18:54 19.12.2023

2024-cü ili qarşılamağımıza sayılı günlər qalıb. Şəhərin hər tərəfində bayram ab-havası yaşanır. Hər il olduğu kimi bu il də Bakı yeni il bayramı üçün bəzədilir.

 

Bakı şəhər İcra Hakimiyyətinin şöbə müdiri Elmin İmanov bildirib ki, Bakı Şəhər İcra Hakimiyyəti və rayon icra hakimiyyətləri şəhərimizin küçə və prospektlərini bayram atributlarıynan, işıq çılçıraqlarıynan müvafiq işlər görülüb və bu işlər başa çatıb. 

 

"Yusif Səfərov küçəsi, Neftçilər prospekti, Niyazi, İstiqaliyyat küçələri, Azərbaycan prospekti xüsusi bayram atributlarıynan bəzədilib. Özünüz də yəqin ki axşam şahidi olursuz Azneft dairəsində 20 metr hündürlüyündə yeni il işıqlı şam ağacı quraşdırılıb".

 

Həmçinin, rayon icra hakimiyyətləri də bayramla bağlı ərazilərində hazırlıq görəcək. 

 

Fidan