“Barselona” “Real Madrid”-dən 10 xal geridə

Bölmə: İdman › ,
Tarix: 13:21 12.02.2024

Ötən gecə- La Liqanın 24-cü turunda “Barselona” evdə “Qranada” sınağında xal itirib.

 

Mövsüm sonunda istefa edəcəyini açıqlayan Xavi Hernandezin komandası “Qranada” ilə oyunda 3-3 hesablı sülhə razılaşıblar. Kataloniyalıların 2008 təvəllüdlü hücumçusu Lamin Yamal dubl etsə də, Levandovski 1 qol vursa da, rəqibin də eyni sayda-3 qol vurması ilə oyun heç-heçə başa çatıb.

 

24-cü turun mərkəzi qarşılaşmasında lider “Real Madrid” 2 xal öndə olduqları “Jirona”nı qəbul edib. Matç Madridistanın 4-0 hesablə qələbəsi ilə başa çatıb.

 

Bu qələbə ilə ən yaxın izləyicisi “Jirona” ilə arasındaki xal fərqini 5-ə qaldıran “Kral klubu” 61 xalla lider, “Jirona” 57 xalla ikinci, “Barselona” isə 51 xalla üçüncüdür. İlk 4-lüyü 48 xalla digər Madrid komandası “Atletiko” qapayır.

 

“Kadiz”,“Qranada” və “Almeyra” isə şərti olaraq son 3 pilləni bölüşürlər.

 

Müzəffər Quluzadə