Almaniyanın 4 qapıçı seçimi

Tarix: 23:01 16.05.2024
Julian Nagelsmann ev sahibi Almaniyanın Avro-2024-ün heyətini açıqlayıb. Heyətdə ən maraqlı detal 4 qapıçı seçimi olub. "Panzerlər" də; Manuel Noyer, Oliver Baumann, Mark Andre ter Ştegen və Alexander Nuebel xidmət edəcək.
Nagelsmann iş yükünün bölüşdürülməsində 4 qapıçı ilə turnirdə olmağın çox vacib olduğunu düşünür. Turnirdə 4 qapıçı ilə olacaqlarını bildirən alman çalışdırıcı bu vəziyyətin Noyerin də yükünü azaldacağını bildirir. Nagelsmann fikrincə, “Ştutqart”ın qapıçısı Nuebel də bu mövsüm göstərdiyi performansla Avro-2024-ə vəsiqə qazanmağa layiqdi.
4 qapıçı seçimi meydanda 22 oyunçu deməkdir. Naqelsmanın sözlərinə görə, bu rəqəm həm məşq, həm də matçlar üçün kifayətdir.
DÇ-2014-dən sonra kubok qazana bilməyən Almaniyanın heyətində üç dünya çempionu var - Tomas Müller, Toni Kroos və Manuel Noyer.
Heyətdəki adlardan biri də Pavloviçdir. Gənc futbolçu bir müddət zədələrlə mübarizə aparıb. Mövsümün ən yaxşı komandası olan məğlubiyyətsiz Bayer Leverkuzendən Robert Andriç, Florian Wirtz və Conatan Tah Avro-2024-ün heyətinə daxil edilib.
Bəs heyətdə olmayanlar? Ən diqqət çəkənlər Çempionlar Liqasının finalına yüksəlmiş Dortmund təmsilçisi Mats Hummels və “Bavariya”dan Leon Qoretskadır.
İyunun 14-də keçiriləcək turnirin açılış matçında ev sahibi Almaniya Şotlandiya ilə qarşılaşacaq. Qrupdakı digər komandalar isə Macarıstan və İsveçrədir.
Vüqar ALIŞOV