Türkiyə Milli Basketbol Komandasının EuroBasket 2025-ə namizəd heyəti açıqlanıb

Bölmə: İdman › ,
Tarix: 19:05 12.02.2024

FIBA 2025 Avropa Basketbol Çempionatının (EuroBasket 2025) seçmə mərhələsində mübarizə aparacaq oyunçulardan ibarət milli komandanın namizəd heyəti müəyyənləşib.

 

Türkiyə Basketbol Federasiyasından verilən məlumata görə, Ay-ulduzlular seçmə mərhələsində B qrupunun ilk matçını 22 fevral Cümə axşamı, GMT ilə saat 22.30-da səfərdə İtaliyaya qarşı keçirəcək.

 

Millilər 25 Fevral Bazar günü saat 16.00-da Sinan Erdem Salonunda İslandiyanı qəbul edəcək.

 

Türkiyə Milli Komandasının namizəd heyətinə "Fənərbaxça Beko"nun 23 yaşlı basketbolçusu Tarık Biberoviç də daxil edilib.

 

Milli komandanın namizəd heyətinə aşağıdakı basketbolçular daxil olub:

Ercan Osmani, Erkan Yılmaz, Erten Qazi (Anadolu Efes), Berk İbrahim Uğurlu, Kerem Kuthan Konan (Beşiktaş Emlakjet), Melih Mahmutoğlu, Sertaç Şanlı, Şehmus Hazer, Tarık Biberovic (Fenerbahçe Beko), (Buğrahan Tuncer, Sadık Əmirəsəl Kabaray), Furkan Haltalı, Kenan Sipahi (Pınar Karşıyaka), Okben Ulubay, Yiğitcan Saybir (Türk Telekom), Ömer Can İlyasoğlu (Mega Soccerbet)

 

Zəhra Həsənova