Çempionlar Liqasının 1/8 final mərhələsinə bu gün 2 oyunla start veriləcək

Bölmə: İdman › ,
Tarix: 13:43 13.02.2024

Turnirin favoritləri "Mançester Siti" ilə "Real" səfər oyununa çıxacaqlar. Qitənin ən nüfuzlu klub turnirinin son qalibi olan İngiltərə təmsilçisi Danimarkada "Kopenhagen"in qonağı olacaq. İspaniya nəhəngi "Real" isə Almaniyada yerli "Leyptsiq"lə üz-üzə gələcək.

 

Sözügedən oyunlarla bağlı gözləntilərini idman eksperti Ağa Dadaşzadə informator.az-la bölüşüb.

 

Müsahib düşünür ki, bu gün baş tutacaq oyunlar ən maraqlı və rahat oyunlardandır :

 

" "Mançester Siti" "Kopenhagen"i məğlub edəcək. Təbii ki, "Real" da səfərdə "Leyptsiq"ə qol buraxmamağı hədəfləyəcək".

 

Ekspertin sözlərinə görə, Matçlarda surprizlər ola bilər.

 

"Hər iki komanda stadiondan böyük ehtimalla qalibiyyətlə ayrılacaq. Əlbəttə, bərabərlik və ya məğlubiyyət də ola bilər. Ancaq reallıq budur ki, yüksək ehtimalla "Mançester Siti" və "Real" qalib gələcək".

 

Qeyd edək ki, komandalar arasında cavab görüşləri martın 6-da keçiriləcək.

 

Zəhra Həsənova