İtaliya A seriyasından klub sayının azaldılması ilə bağlı təklifə cavab

Bölmə: İdman › ,
Tarix: 16:08 13.02.2024

İtaliya A seriyasında bəzi klubların komandaların sayını 18-ə endirmək təklifi qəbul edilməyib. "Yuventus", "İnter", "Milan" və "Roma" komandaların sayını azaltmağa səs verib

A Seriyasının saytında yer alan açıqlamada klub nümayəndələrinin bir araya gəldiyi toplantıda liqanın 20 komanda ilə davam etdirilməsinə qərar verildiyi bildirilib.

 

İtaliya mətbuatında yer alan xəbərlərdə "Yuventus", "İnter", "Milan" və "Roma"nın komandaların sayını azaltmağa səs verdiyi qeyd edilib.

 

İtqliya A Seriyasında əvvəllər 18 olan komandaların sayı 2004-2005-ci il mövsümündən etibarən 20-yə çatdırılıb.

 

Qeyd edək ki, Liqada yeni format dəyişikliyi etmək üçün 14 klubun razılığı alınmalıdır.

 

Ayaz Zeynalzadə