"Braqa"nın kapitanı "Qarabağ"la oyunu buraxa bilər

Bölmə: İdman › ,
Tarix: 18:25 15.02.2024

Kapitan komandanın dünənki məşqində iştirak etməyib. Eyni zamanda onun bu gün oyunda iştirak etməyəcəyi gözlənilir. Kapitanın zədə səbəbi ilə məşqdə iştirak etməyəcəyi bildirilir.

 

"Səbail"in baş məşqçisi Şahin Diniyev kapitanın yoxluğunun "Braqa" - "Qarabağ" oyununa təsiri ilə bağlı düşüncələrini İnformator.az-la bölüşüb.

 

O düşünür ki, Avropanın ən yaxşı klublarından olan "Braqa" kimi böyük klublarda bəzi oyunçuların oynamaması nəticəyə o qədər də böyük təsir edə bilməz

 

"Kapitanı əvəz edə biləcək yüksək səviyəli oyunçuları var".

 

Müsahib bu gün baş tutacaq oyunda "Qarabağ"dan gözləntilərini bildirib.

 

"Qarabağ dəfələrlə göstərdiyi oyunla özündən güclü klublara qalib gəlib. Bu gün də "Qarabağ" necə oynamaq lazım olduğunu bilir".

 

Şahin Diniyev son olaraq "Qarabağ"a uğurlar arzulayıb.

 

Qeyd edək ki, Braqada keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

 

Zəhra Həsənova